Yenə Bakıya gəldi - “Neftçi”nin üzünü güldürən adam

19:00 Zirə 99
Yenə Bakıya gəldi - “Neftçi”nin üzünü güldürən adam

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" ilə cavab oyunu xorvatiyalı hakimlərə tapşırılıb.

Sumqayıtdakı matçı Dario Bel idarə edəcək.

Yan xətlərdə ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

2016-cı ildən Xorvatiyanın yüksək dəstə oyunlarına təyinat alan 38 yaşlı referi 2021-ci ildən yaxasında FİFA-nın emblemini daşıyır.

Bu müddətdə avrokuboklarda 16 qarşılaşmada iş başında olub. Milli komandalar səviyyəsində isə 19 oyuna təyinat alıb.

Bu, Darionun Azərbaycana üçüncü səfəri olacaq.

İlk dəfə Bakıya yolu 2022-ci ildə düşüb. “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə 8-ci kilometr stadionundakı qarşılaşmasını idarə edən xorvat hakim təmsilçimizin 2:1 hesablı qələbəsinə şahidlik edib.

2 il sonra, 2024-cü ilin martında yenə paytaxtımıza təşrif buyurub. Bu dəfə 21 yaşa qədər futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmalarının oyununu idarə etmək üçün.

“Azersun Arena”da gerçəkləşən dueldə ukraynalılar 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycana üçünçü dəfə səfər edəcək xorvatiyalı referi bu dəfə Sumqayıtdakı stadionda yaşananlara nəzarət edəcək.

İyulun 30-da “SOCAR Polymer Arena”da keçiriləcək "Zirə" - "Payde" görüşü saat 20:00-da start götürəcək.

İlk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti