«Şamaxı»dan ayrılan Kərim Rossinin Azərbaycanda qalmaq arzusu suya düşüb.
Premyer Liqanın son mövsümündə 10 qola imza atan isveçrəli hücumçunun «Zirə»yə keçmək niyyəti baş tutmayıb.
Qəsəbə təmsilçisi öz xidmətini onlar təklif edən forvardla anlaşmaq istəməyib. Səbəb onun mövcud oyun modelinə uyğun gəlməməsidir.
32 yaşlı avropalı «şirlər»dən pula görə ayrılıb.
Əyalət təmsilçisində aylıq məvacibi 5000 dollar təşkil edən ön xətt oyunçusu maddi şərtlərini yüksəldib, odur ki, klub rəhbərliyindən «yox» cavab alıb.
«Şamaxı»lılar büdcənin yerində saymasını əsas gətirərək, Rossinin buradan ayrılmasıyla barışıb.
SPORTİNFO.AZ


