“Zirə”nin kapitanı Ruan Renato bu mövsüm penaltidən ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.
Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt”la görüşdə dubl edərək bunu bacarıb.
Renato hər iki topu onbirmetrlik zərbədən vurub. Bununla o, mövsüm ərzində penalti qolunun sayını 6-ya çatdırıb.
“Sambaçı” aktivlərində 5 penalti qolu olan Coy Lens Mikels (“Sabah”) və Emin Mahmudovu (“Neftçi”) qabaqlayıb. Renato ilə Mikels hərəyə bir dəfə də bu zərbəni qola çevirə bilməyiblər.
Bir sözlə, son tur öncəsi Ruan Renatonun hesabında 7, Coy Lens Mikelsdə isə 6 penalti zərbəsi var.
Emin Mahmudovla yanaşı, 3 zərbəsi qolla nəticələnməyən “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom isə 5 dəfə onbirmetrlik yerinə

