“Zirə”ni qitə səhnəsindən kənarda saxlayan qalibiyyət - VİDEO

00:40 Zirə 68
“Zirə”ni qitə səhnəsindən kənarda saxlayan qalibiyyət - VİDEO

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Zirə” – “Sumqayıt” görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma “qartallar”ın 2:1 hesablı qləbəsi ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunun 19-cu dəqiqəsində Ruan Renato penaltidən hesabı açıb.

45-ci dəqiqədə isə Aleksandr Ramalinqom bərabərlik qolunu vurub. 90+8-ci dəqiqədə isə Ruan Renato növbəti dəfə penalti zərbəsini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 54 xalla turnir cədvəlinin 5-ci, Saşa İliçin kollektivi isə 41 xalla 7-ci pillədə yer alıb.

“Zirə” - “Sumqayıt” 2:1

Zirə İdman Kompleksinin stadionu, 300 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Eren Aydın, 35 (hakimin qərarına etiraz); Elçin Əlicanov, 55 (qeyri-idman hərəkəti) // Rüstəm Əhmədzadə, 60 (qeyri-idman hərəkəti)
Qollar: Ruan Renato, 19 (p.), 90+8 (p.) // Aleksandr Ramalinqom, 45
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Zirə”
97. Tiaqo Silva
73. Anatoli Nuriyev
(93. Brahim Konate, 66)
32. Qismət Alıyev (k)
8. İsmayıl İbrahimli
14. Elçin Əlicanov
(17. Ayron Qomis, 66)
4. Ruan Renato
10. Giorgi Papunaşvili
(29. Ceyhun Nuriyev, 77)
30. Rikardo Martins
5. Ange Mutsinzi
11. Junior Martins
(9. Davit Volkov, 66)
22. Eren Aydın
(7. Rövlan Muradov, (90+8)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
13. Aydın Bayramov
70. Namik Ələskərov
19. Rüfət Abdullazadə
26. Stefan Aka
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”
22. Xəyal Fərzullayev (k)
7. Rüstəm Əhmədzadə
29. Emil Mustafayev
(6. Sedrik Badolo, 79)
21. Nihad Əhmədzadə
64. Kənan Feyziyev
(9. Aleksandr Ramalinqom, 36)
97. Vüsal Paşayev
10. Nikola Ninkoviç
33. Danilo Beskorovaynıy
23. Ronaldo Vaskez
95. Nsana Simon
11. Aleksa Yankoviç
Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
12. Murad Ağamalıyev
8. Səbuhi Abdullazadə
20. Ayxan Süleymanlı
24. Sənan Muradlı
75. Nadir Orucov
37. Nihad Orucəli
Məşqçi: Veliçko Kaplanoviç

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR