Azərbaycan yığmasının yarımmüdafiəçisi Ceyhun Nuriyev karyerasını ölkə xaricində davam etdirmək qərarı verib.
O, bu səbəbdən «Zirə»nin yeni müqavilə təklifini geri çevirib.
Qəsəbə mənsubu 2023-cü ilin fevralında sıralarına qatdığı və 2,5 illik kontrakt bağladığı orta sahə oyunçusunu düşərgəsində saxlamaq fikrindədir.
«Qartallar» ondan anlaşmanın müddətini daha 2 il uzatmasını istəyib. Fəqət, yığmanın üzvü xaricdən bir sıra dəvətlər aldığını və onlardan birini dəyərləndirməyə hazırlaşdığını söyləyib.
Hesabında 11 qol olan C.Nuriyev Premyer Liqada iki komandanın formasını geyinib.
2020/2021 mövsümündə "Sabah"da debüt edən futbolçu ilk klubunda 4, "Zirə"də 7 dəfə fərqlənib.
"Bayquşlar" onu 100 min manat təzminat qarşılığında qəsəbə təmsilçisinə satıb.
SPORTİNFO.AZ

