Rəşad Sadıqov niyə elə dedi, bildiz?

16:00 Zirə 230
Rəşad Sadıqov niyə elə dedi, bildiz?

Rəşad Sadıqov matçöncəsi mətbuat konfransıda bir fraza işlətmişdi.

Xatırlayaqmı o cümləni?

Deməli: «Ümid edirəm ki, bir gün bərabər şərtlər altında mübarizə apararıq».

Bu, elə-belə söz deyildi ha! Sadıqov bilirdi nə deyir. Bir gün qabaq söylədiyi bu kəlməni dünənki finalın final fiti rəsmən təsdiq etdi.

İki komandanın futbolçuları arasında o boyda səviyyə fərqi var ki… «Zirə» bu heyətlə 10 dəfə «Sabah»ın önünə çıxsa, səkkiz-doqquzunda uduzar.

Ötən ilin yayında Salifu Suma və Rafael Utziq kimi aparıcı legionerlərini satmaq məcburiyyətində qalan, heyətini heç cür gücləndirə bilməyən, «ikinci-üçüncü əl» futbolçularla say düzəldən Rəşad Sadıqovun sayca üçüncü finalında yenə məğlubiyyətlə üzləşməsində qəribə nə var axı?

Nə tökərsən aşına, o da çıxar qaşığına. Finalalək gəlməyin özü «Zirə» baxımından böyük uğur sayılmalıdır.

Bu yolda «Neftçi» və «Turan Tovuz» kimi rəqiblərə qalib gəlmək mühüm hadisədir, kuboku qazanmaq isə… Qarşında «Sabah» varsa, çox şeyə ümid edə bilməzsən.

«Sabah» bu mövsüm başqadır, hamıdan üstündür. Çempionluğa da, kuboka da layiqdirlər.

Meydanda hər hərəkəti sinxronlaşmış komandaya qarşı oynayırsansa, yalnız möcüzə ümid bağlamalısan.

Səndə Velko Simiç, Coy-Lens Mikels, Lepinitsa, Aleksey İsayevin bir tayı yoxdursa, məğlubiyyətə üzülmə, sakitləş və başına gələnlərdən həzz al!

Zatən, edə biləcəyin bir şey yoxdur.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti