Bu yeri “Neftçi”yə güzəştə getməyə razıdırlar, ancaq…

10 May 11:05 Zirə 2 166
Bu yeri “Neftçi”yə güzəştə getməyə razıdırlar, ancaq…

«Zirə» yorğundur. İki istiqamətdə mübarizə, onsuz da, heyət sarıdan davamlı problem yaşayan komandanı o ki var gücdən salıb.

Daha güc bölüşdürməsindən söhbət gedə bilməz - bıçaq sümüyə dirənib, yalnız son güc sərfindən danışmaq mümkündür.

Belə bir vaxtda Qubaya getmək də varsa… İlin 10 ayı yağışın içində üzən, palçığa dönən o stadionda futbol oynamaq cəhənnəm əzabıdır.

«Zirə» kimi hər rəqibə uyğun model seçən komanda praqmatik tərzi əzbərləmiş «İmişli»dən 1 xal almaqla kifayətlənirsə…

Deməli, risk almadılar.

Yaddan çıxarmayaq: onların ilk iki dövrədəki qarşılaşmalarında da qalib gələn olmayıb. Birincidə 1:1, ikincidə 0:0 hesabı qeydə alınıb.

«Zirə» artıq Premyer Liqada dördüncü yeri gözdən çıxarıb. «Neftçi»nin onlardan bir addım öndə olmasıyla daxilən barışıblar.

Bir şey olmaz, qabaqdan kubokun finalı gəlir.

Mayın 13-də keçiriləcək matçda «Sabah»a qalib gəlsələr, liqadakı 4-cü pillənin avrokubok yolunda heç bir önəmi qalmayacaq.

Qazanacaqları kubok «Zirə»ni birbaşa Avropa Liqasına aparacaq. Çempionatdakı sıra itkisinin ikiqat sığortası buradan keçir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?