Orxan Məmmədov bir qədər narahatdır: “İstəməzdim finalda da nəsə olsun”

13:40 Zirə 116
Orxan Məmmədov bir qədər narahatdır: “İstəməzdim finalda da nəsə olsun”

“Hakimlik haqqında danışmaq artıq gecdir, ölkə çempionu bəllidir”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Qəsəbə klubunun yaradıcısı son zamanlar tez-tez yaşanan hakim səhvlərinin mayın 13-də “Sabah”la keçiriləcək finaldan yan keçəcəyinə ümid etdiyini vurğulayıb:

“Biz ümid edirik ki, finala hakimin hansısa səhvi təsir etməyəcək. Ümumən hakimlikdən danışsaq, son dönəmlərdə müəyyən şeylər baş verir.

İstəməzdim finalda da nəsə olsun. Biz bilməliyk ki, hakimlər də insandır, onlar da səhv edə bilər.

Amma bu səhvlər mütəmadi hal alanda azarkeşlərdə müəyyən narazılıqlar yaranır. Əminəm ki, finalda hər hansı narazılıq olmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti