İki il də qal - Müqaviləni millinin yarımmüdafiəçisinin qarşısına qoydular

20:40 Zirə 180
İki il də qal - Müqaviləni millinin yarımmüdafiəçisinin qarşısına qoydular

Azərbaycan yığmasının yarımmüdafiəçisi Ceyhun Nuriyev yeni müqavilə təklifi alıb.

«Zirə» 2023-cü ilin fevralında sıralarına qatdığı və 2,5 illik kontrakt bağladığı orta sahə oyunçusunu düşərgəsində saxlamaq fikrindədir.

«Qartallar» ondan anlaşmanın müddətini daha 2 il uzatmasını istəyib.

Hesabında 11 qol olan C.Nuriyev Premyer Liqada iki komandanın formasını geyinib.

2020/2021 mövsümündə "Sabah"da debüt edən futbolçu ilk klubunda 4, "Zirə"də 7 dəfə fərqlənib. "Bayquşlar" onu 100 min manat təzminat qarşılığında qəsəbə təmsilçisinə satıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti