Rəşad Sadıqov: “Onu qorxa-qorxa meydanda saxladıq”- VİDEO

08:50 Zirə 90
Rəşad Sadıqov: “Onu qorxa-qorxa meydanda saxladıq”- VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib:

“Bizim üçün ağır oyun oldu. Rəqib çox baxımlı futbol oynayır.

Düşünürəm ki, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm.

Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik.

Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik.

Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm. Birinci hissədə çoxsaylı top itkilərimiz oldu.

Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik.

Enrikenin zədəsi bizim üçün ciddi problem yaradır. Belə ki, İssa Cibrilanı rotasiya edə bilmirik. İssa da bilirik ki, üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur.

Onu qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti