Premyer Liqa təmsilçisi “Qalatasaray“ın hücumçusu ilə RAZILIĞA GƏLDİ

17:40 Zirə 269
Premyer Liqa təmsilçisi “Qalatasaray“ın hücumçusu ilə RAZILIĞA GƏLDİ

Eren Aydın növbəti mövsümü “Zirə”də keçirəcək.

Qəsəbə klubu bu ilin əvvəlində sıralarına qatdığı türkiyəli hücumçu ilə apardığı danışıqları yekunlaşdırıb.

Tərəflər arasında razılıq əldə olunub.

Mövcud kontraktı iyunda başa çatacaq “Qalatasaray“ın yetirməsi anlaşmanın müddətini iki illik uzatmağa “okey“ verib.

Premyer Liqada 3 qola imza atmış 22 yaşlı forvard daha əvvəl ölkəsində “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynada “Veres”in formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti