“Qarabağ” və ya “Neftçi” də olsa, heç kim avantajlı deyil”

1 May 09:00 Zirə 571
“Qarabağ” və ya “Neftçi” də olsa, heç kim avantajlı deyil”

“Kubokun finalında rəqibin heç bir fərqi yoxdur.

Düzdür, bu mövsüm “Sabah” çox yaxşı oyun sərgiləyir.

Amma rəqib “Qarabağ” və ya “Neftçi” də olsa, finalda heç kim avantajlı deyil. Ona görə çalışacağıq ki, qalib gələk və kuboku qazanaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.

28 yaşlı yarımmüdafiəçi “Zirə" avrokuboklara yollana bilməsə, faciə olarmı” sualına belə cavab verib:

“Faciə deməzdim, bu, futboldur. Amma biz avrokuboklara vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik – həm kubokda, həm də çempionatda”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı