«Zirə»nin baş məşqçisi Rəşad Sadıqovun «Neftçi» ilə qalmaqallı matçdan (1:1) sonra paltardəyişmə otağında nə dediyi məlum olub.
Bu barədə Sportinfo.az-a «qartallar»ın fransalı legioneri Ayron Qomis danışıb.
Yarımmüdafiəçi deyib:
«O da bizim kimi hər şeyi sakit qarşıladı. Nəticəyə görə bəlkə də məyus idi.
Onu sevindirən göstərdiyimiz xarakter və son saniyəyə qədər mübarizə aparmağımız idi. Bunu bizə bildirdi».
Qəsəbə təmsilçisi Premyer Liqanın 28-ci turuna təsadüf edən qarşılaşmada 1 xalı çətinliklə qazanıb. Brahim Konate son sanyələrdə bərabərlik qolunu vurub və «qartallar»ı turnir cədvəlinin dördüncü piləsində saxlayıb.
Bu isə meydanda böyük qalmaqala səbəb olub.
«Neftçi»nin məşqçiləri və futbolçuları ev sahiblərinin fərqləndiyi epizoda kəskin etiraz bildirib, qolun ofsayddan vurulduğunu bildirib.
Aranın qarışması səbəbindən hər iki komandadan bir neçə nəfər qırmızı və sarı vərəqə alıb.

