"Əlimizdən gələni edəcəyik ki, qələbə bizim olsun"

16:20 Zirə 120
"Əlimizdən gələni edəcəyik ki, qələbə bizim olsun"

Yekun nəticəsi maraqla gözlənilən oyunlardan biri Tovuzda baş tutacaq.

Şəhərin eyniadlı komandası ölkə kubokunda məğlub olduğu, Premyer Liqada əsas rəqiblərindən olan “Zirə”ni qəbul edəcək.

“Qarabağ”“Neftçi”yə məğlub olacağı, “Turan Tovuz” isə “Zirə”ni udacağı halda, tovuzlular 2-ci pilləni ələ keçirə, zirəlilər 4-cü yeri “Neftçi”yə təhvil verə bilər.

Bir sözlə, bu oyunun yekun nəticəsi turnir cədvəlində yerdəyişmələrə səbəb ola bilər.

“Zirə”nin fransalı yarımmüdafiəçisi Ayron Qomis Sportinfo.az-a açıqlamasında növbəti matçdan ehtiyat etdiyini gizlətməyib:

“Turan Tovuz” layiqli rəqibdir. Heyətində keyfiyyətli futbolçular var. Bunu kubok matçlarında da gördük.

Cari mövsümdə hələ ki, “Turan Tovuz”a uduzmamışıq. Məqsədimiz uğurlu seriyanı davam etdirməkdir.

Düzdür, səfərdə oynayacağıq, bu, istər-istəməz “Turan” üçün üstünlükdür. Əlimizdən gələni edəcəyik ki, qələbə bizim olsun. Bundan sonra hər oyun bizim üçün finala bərabərdir”.

Aprelin 27-də Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti