“Sabah” məni çaşdırdı” - Türkiyıli hücumçu nəyi gözləmirmiş?

25 Aprel 23:00 Zirə 151
“Sabah” məni çaşdırdı” - Türkiyıli hücumçu nəyi gözləmirmiş?

“Təbii ki, “Qarabağ”ın adını eşitmişdim, müəyyən bilgilərə sahib idim, ancaq Azərbaycab çempionatını bu cür təsəvvür etmirdim”.

“Zirə”nin hücumçusu Eren Aydın Sportinfo.az-a açıqlamasında ölkəmizdə gördüklərindən söz açıb.

2019-2022-ci illər aralığında “Qalatasaray”ın aşağı yaş qruplarından ibarət komandalarında top qovan, növbəti 3 ildə “sarı-qırmızılar”a məxsus olmasına baxmayaq, icarə əsasında “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” kimi komandaların şərəfini qoruyan 23 yaşlı futbolçu ötən mövsümü ölkə xaricində keçirib.

Eren hər nə qədər qəribə səslənsə də, müharibə şəraitində olan Ukraynaya yollanaraq yarım il “Veres”in uğurları üçün tər töküb.

Bura gələnə qədər futbolumuz və Premyer Liqamız barədə zəngin məlumatı olmadığından, Azərbaycanda gördüklərindən sonra sözün yaxşı mənasında təəccüblənib.

Dinləyək:

“Dediyim kimi, “Qarabağ”ı tanıdığıma görə ara-sıra futbolunuzla maraqlanırdım, müxtəlif xəbərlər eşidirdim. Çünki burada azərbaycanlı dostlarım var, onlarla danışanda da hansısa məlumatlar öyrənirdim.

Açığı, “Sabah” məni çaşdırdı. Bu dərəcədə olacağını gözləmirdim. “Neftçi” də xoş sözlərə layiqdir.

Maraqlı oyun göstərirlər. “Turan Tovuz” nəticə üçün yaxşı mübarizə aparması ilə fərqlənir. Keyfiyyətli oyunçuları var.

Açıq deyəcəm, Premyer Liqanın səviyyəsini bu dərəcədə təsəvvür etmirdim. Artıq xeyli bilgiyə sahibəm və bu gün burada olduğuma görə məmnunam”.

Bu ilin fevralından ölkəmizdə top qovan Eren Aydın “Zirə”nin heyətində Premyer Liqada 7 matçda 2, Azərbaycan kubokunda 3 oyunda 1 qolla fərqlənib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!