“Sabah”, “Qarabağ” və “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanacağına şübhə yeri yoxdur.
Mövsümü “3-lük”də başa vurmağa əsas namizədlər yekunda sevinən tərəf olacaq.
4-cü yer uğrunda vəsiqə üçün “Zirə”ylə “Neftçi” arasında gedən amansız mübarizədən hansının qalib ayrılacağını zaman göstərəcək.
“Ağ-qaralar”dan fərqli, zirəlilər Azərbaycan kubokunun finalına vəsiqə qazanıb ki, buradakı mümkün uğur “Neftçi”nin “kitabını bağlayacaq”.
Yox, kubokun sevinci nəsib olmasa, o zaman mövsümü 4-cü pillədə başa vurmaq üçün əsl mübarizə izləyəcəyik.
“Zirə”nin fransalı yarımmüdafiəçisi Ayron Qomis Sportinfo.az-a verdiyi inamlı açıqlamalarla diqqət çəkib:
“Digər komandaların nə etməsi, hansı pillədə olması bizi maraqlandırmır. Bütün diqqətimiz “Zirə”nin oyununda və nəticələrindədir.
Böyük klubuq və istənilən nəticəni qazanmağa qadirik. Azərbaycan kubokunu qazanaraq Avropa Liqasına yollanmaq əsas hədəfdir.
Bununla yanaşı, Premyer Liqada avrokuboklara vəsiqə verən yeri tutmaq istəyirik.
Hər iki məqsədə çata bilərik. Ən pis halda birini gerçəkləşdirəcəyik”.
28 turdan sorna aktivində 45 xal olan “Zirə” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 44 xala sahib “Neftçi” 5-ci yerdədir.
HƏBİB

