Rəşad Sadıqovun 1 nömrəli dərdi bilirsiz nədir?

12 Fevral 2025 17:40 Zirə 1 876
Rəşad Sadıqovun 1 nömrəli dərdi bilirsiz nədir?

«Zirə» yorğundur. Premyer Liqa və ölkə kubokunda hədəflərinə çatmaq istəyirlər, amma…

Eyni futbolçular həftə ərzində iki dəfə meydana çıxmağa hələ hazır deyillər.

Hər həftə bir oyun keçirsələr, «Zirə»nin qarşısını almaq çətin olar.

«Zirə» ötən tur «Qarabağ»a qalib gəlmiş, oyunu 0:2-dən 3:2-yə gətirmiş komandadır.

Azərbaycanda neçə belə komanda var ki, «Zirə»nin etdiyini təkrarlasın? Xatırlamıram. Bu, birinci və bəlkə də sonuncu belə haldır.

«Qarabağ»la matçda gedişatı büsbütün dəyişməyi bacarmış «Zirə»nin «Neftçi»yə uduzmasında kor yabının əməlini axtarmalıyıq.

Bu, heç olmayan hadisədir. 88 dəqiqə 0:0 gedən qarşılaşmanın simasının əlavə vaxtda dəyişməsi, doğrudan da, Rəşad Sadıqov üçün şok oldu.

O, 1:1-ə razı idi. Fiziki yorğunluğun əziyyətini çəkən futbolçularına anlayış göstərərək.

Futbolda «həmişə qazanacaqsan» deyə bir şey yoxdur. Amma futbolda bəxt faktoru var, hansı ki, çox vaxt səni özüylə hesablaşmağa məcbur edir.

Sadıqov o taleyi növbəti dəfə yaşadı.

«Zirə» standart epizodlardan çox qol buraxır bu mövsüm. Müdafəçilərin hava topları, xüsusən cinah asmaları zamanda yol verdikləri mövqe səhvləri düşündürücüdür.

Sadıqovun buna bir çarə axtardığını yəqin edirəm. Görünür, hələ tapmayıb. Bu, komandasının bir nömrəli dərdidir.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!