Rəşad Sadıqov deyir ki...

13 Yanvar 2025 01:00 Zirə 812
Rəşad Sadıqov deyir ki...

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 2:4 hesabı ilə məğlub olduqları yoxlama oyunu haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandasının çıxışı ilə bağlı fikirlərini bölüşüb:

“Bugünkü oyunda futbolçuların çıxışından razı qaldıq. Yoxlama oyunu üçün maraqlı görüş oldu.

Hər iki komandanın futbolçuları çox istəkli idi. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı oyun oldu.

Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var.

“Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!