Dünən “Sabah”dan ayrılan İldar Ələkbərovun yeni klubu bəlli olub.
Yarımmüdafiəçi bundan sonra “Zirə”nin uğurları üçün tər tökəcək.
Gənclər yığmasının sabiq üzvü qəsəbə təmsilçisi ilə 1+1 illik anlaşıb.
23 yaşlı orta sahə oyunçusu 2021-ci ildən “bayquşlar”ın üzvü idi. O, ötən mövsümün ikinci yarısında icarə əsasında "Araz-Naxçıvan"da çıxış edib.
SPORTİNFO.AZ