Avropada çəkilən əziyyətin qarşılığı belə olar – Böyük məbləğ ödənildi!

12 Avqust 2024 15:00 Zirə 2 612
Avropada çəkilən əziyyətin qarşılığı belə olar – Böyük məbləğ ödənildi!

«Zirə»nin futbolçuları növbəti dəfə əlavə qazanc əldə edib.

Konfrans Liqasının ikinci təsnifat mərhələsində «DAK-1904» ilə qarşılaşan və istəyinə çatan «qartallar» oyunçularına yetərincə yüksək miqdarda mükafat ödəyib.

Bu etapı adlayan qəsəbə təmsilçisinin rəhbərliyi əsas heyət üzvlərinin hər birini 10 min manat irəli salıb.

Rəşad Sadıqovun çalışdırdığı komandanın Slovakiyadan olan rəqibinə Bakıda 4:0, səfərdə 2:1 hesabıyla qalib gəlməsini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?