"Belə olacağını təsəvvür edə bilməzdim" - 13 ilini bu klubda keçirdi, üzüldüyünü dedi

8 İyun 2024 16:40 Zirə 1 291
"Belə olacağını təsəvvür edə bilməzdim" - 13 ilini bu klubda keçirdi, üzüldüyünü dedi

“Həyatımın 12-13 ilini “Qəbələ”də keçirmişəm, futbolun sirlərinə yiyələnmişəm, futbolçu kimi yetişmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev sabiq komandası haqda danışarkən deyib.

Bölgə təmsilçisi başa çatan mövsümün yekunlarına əsasən Premyer Liqa ilə vidalaşdı. “Qırmızı-qaralar”ın elitadakı yerini qoruya bilməməsi şok effekti verdi.

Qismət mövcud duruma görə üzüldüyünü deyərək növbəti mövsümdə uğurlu nəticələrə ümid etdiyini bildirib:

“Mənə doğma komandadır, ora mənim evim kimidir. Futbolçu kimi yetişməyimdə əməyi olan insanlara və məşqçilərə təşəkkür etmək istəyirəm.

“Qəbələ”nin bu vəziyyətlə üzləşməsi məni çox üzür. Belə olacağını təsəvvür edə bilməzdim.

İnşallah, növbəti mövsümdə I Liqanın qalibi olub yenidən Premyer Liqaya qayıdarlar”.

“Qəbələ” Futbol Akademiyasında yetişən 27 yaşlı müdafiəçi əsas komandada çıxış etdiyi 2014-2020-ci illər aralığında meydana çıxdığı 82 oyunda 1 qol və 5 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA