"Düşünmürəm ki, "Qarabağ" bayram əhval-ruhiyyəsində idi.
1:0-dan sonra da, 2:1-dən sonra da çox güclü müdafiə olunurdular.
"Qarabağ" ən yaxşı oyunlarından birini oynadı. Meydanda ən yaxşı "Qarabaağ" var idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Ceyhun Nuriyev Azərbaycan kubokunun "Qarabağ"la final matçı (1:2) haqda deyib.
23 yaşlı yarımmüdafiəçi "Qarabağ" hər iki cəbhədə qalib gəldi, siz isə hər iki cəbhədə 2-ci oldunuz. Bunu "Zirə" adına uğur hesab etmək olarmı" sualını belə cavablandırıb:
"Bəli, bugünkü gün bizim adımıza uğur saymaq olar. Azərbaycan kubokunu qazanmağı çox istəyirdik, buna bir az yaxın idik.
Ümumilikdə isə məncə, "Qarabağ"dan sonra həm çempionatda, həm də kubokda 2-ci olmaq "Zirə"nin bumövsümkü uğurudur".

