“Zirə”nin 10-cu arzusu

1 İyun 2024 23:00 Zirə 1 019
“Zirə”nin 10-cu arzusu

Azərbaycan Kubokunun iki finalçısından yalnız biri əvvəllər də bu titula sahib olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” yarışın 7 qat qalibidir.

Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.

“Zirə” tarixinin ilk kubokunu qazanmaq şansına malikdir. Bakı klubu bunu bacarsa, yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.

Belə ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 7, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!