Azərbaycan klubunda 38 yaşlı qolkiperlə YENİ ANLAŞMA

31 May 2024 19:40 Zirə 3 871
Azərbaycan klubunda 38 yaşlı qolkiperlə YENİ ANLAŞMA

"Zirə"nin qolkiperi Anar Nəzirov karyerası ilə bağlı qərarını verib.

38 yaşlı qapıçı daha bir il aktiv futbol həyatını davam etdirəcək.

O, hazırkı komandasından aldığı təklifi müsbət dəyərləndirib.

Milli komandamızın üzvü 2014-cü ildən "qartallar"ın şərəfini qoruyur.

Yalnız aradakı 2019-2021-cu illər xaric. Bu müddəti "Qəbələ"də keçirib.

Nəzirov bu iki komandadan başqa ölkəmizdə "Kəpəz", "Neftçi", "Sumqayıt", "Standart" və "Turan Tovuz" klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA