Rəşad Sadıqov baş məşqçi təyin olunmasından sonra belə bir hadisə yaşadı

28 May 2024 02:00 Zirə 1 447
Rəşad Sadıqov baş məşqçi təyin olunmasından sonra belə bir hadisə yaşadı

Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turunda baş verib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da