"Qarabağ"la oyunda Rəşad Sadıqov üstümə qışqırdı, mənə dedi ki..." - VİDEO

27 May 2024 21:00 Zirə 2 787
"Qarabağ"la oyunda Rəşad Sadıqov üstümə  qışqırdı, mənə dedi ki..." - VİDEO

“Rəşad Sadıqov yaxşı futbolun tərəfdarıdır.

Feyr-pley onun üçün xüsusi önəm daşıyır”.

Bu fikirləri “CBC Sport”a açıqlamasında “Zirə”nin qolkiperi Tiaqo Silva deyib.

Portuqaliyalı legioner daha sonra onunla bağlı maraqlı bir etirafı dilə gətirib:

“Qarabağ”la ilk oyunumu xatırlayıram. Son dəqiqələrdə çalışırdım ki, vaxtı uzadım.

Yadımdadır, Rəşad Sadıqov o anda mənə qışqırdı ki, vaxt uzatma, biz belə oynamırıq, ədalətli oyna.

O zaman necə məşqçi olmasını anladım. Normalda məşqçilər deyirlər ki, yerə yıxıl, vaxt uzat.

Amma burada məşqçi bildirir ki, oyununu oyna, vaxt uzatma”.

Əcnəbi futbolçu sonda Sadıqovun daha böyük klublarda işləməli olduğunu dilə gətirib:

“Çox peşəkardır. Bəzən bizimlə yalnız məşqçi kimi yox, dost kimi söhbət edir.

Oyun epizodlarını müzakirə edəndən nə hiss etdiyimizi soruşur. Sənin necə olduğunu anlaşamağa çalışır.

Kömək etsin. Məncə, bir neçə ilə başqa səviyyədə çalışacaq.

Düzdür, “Zirə” yaxşı klubdur. Amma onun daha yüksək səviyyədə işləmək üçün potensialı var”.

XANOĞLAN / SPORTİNFO.AZ

Onun çıxşına aşağıdakı linkdə baxa bilərsiniz

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA