COP29

“Qarabağ”a görə üzr istədi, etiraf etdi: “Bu, mənim səhvimdir”

10 May 20:40 Zirə 4 080
“Qarabağ”a görə üzr istədi, etiraf etdi: “Bu, mənim səhvimdir”

“Mövsümün bütün oyunlarında meydanda olmağı qarşıma hədəf qoymuşdum”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva deyib.

Qəsəbə təmsilçisi Premyer Liqanın 33-cü turunda “Turan Tovuz”a səfərdə 2:1 hesabıyla qalib gəlsə də, bir hadisə komandada hər kəsi üzdü.

Söhbət baziliyalı kiperin son dəqiqələrdə adığı sarı vərəqədən gedir.

O, bununla da sarı vərəqə limitini doldurduğu üçün növbəti turda “Qarabağ”a qarşı meydana çıxmayacaq.

Tiaqo yaşdığı hisləri bizimlə bölüşüb:

“Qarışıq emosiyalar idi. Belə halın baş verməsinə görə böyük məyusluq hissi keçirirəm.

Hakimlərlə danışığa görə cəzalanmaq istəməzdim. Həmin sarı vərəqə məni növbəti oyundan məhrum edirsə, heç istəməzdim.

Bu, mənim səhvim oldu, amma bir oyunçu kimi inkişafımın bir hissəsidir. “Qarabağ”la oyunda komandama kömək edə bilməyəcəyimə görə yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti