Rəşad Sadıqov iki yoldan yalnız birini seçsə...

13 Aprel 19:25 Zirə 756
Rəşad Sadıqov iki yoldan yalnız birini seçsə...

«Zirə» hazırda iki «cəbhə»də mübarizəni davam etdirir.

Sezonun sonuna doğru gedirik və belə bir vaxtda təzyiqə dözmək çox önəmlidir.

Rəşad Sadıqov aşağı baxır, bığdır, yuxarı baxır, saqqaldır. Heç birindən də imtina etmək olmur.

Böyük ehtimalla, avrokuboklara vəsiqə qazanacaqlar.

Məsələ də bundadır - hansı turnirdə iştirak etmək? «Zirə» kubokda ən azı finaladək irəliləmək istəyir ki, Avropa Liqasına qatılsın.

Bir də var, Konfrans Liqasına vəsiqə qazanmaq. Avroliqaya bilet «Zirə»nin qitə arenasında qalması deməkdir. Burada uduzsan da, Konfrans Liqasına düşürsən.

Kubokda nəticə əldə etmək bu mənada Premyer Liqada ikinci-üçüncü yeri tutmaqdan daha önəmlidir. Amma yenə də seçim eləmək tezdir, gərək hər iki istiqamətdə işini möhkəm tutasan.

Rəşad Sadıqov bütün bunları beynində götür-qoy edərək, Sumqayıtda bəzi rotasiyalara əl atdı. 1 xalı daha çox fikirləşdi.

«Qazanmasaq belə, məğlub olmayaq» prinsipi ilə oyunu başa vurdular, güclərini qorudular.

Futbolda elə bir ölçü vahidi yoxdur, deyəsən ki, bütün oyunları hücumda keçirməlisən, udmalısan.

Hücum futbolu sərgiləmirsənsə, qələbə qazanmırsansa, sən pissən - bu iddianı irəli sürənlər özünü həkimə göstərsin.

Bu gün «Zirə»nin heyəti məhduddur. Rəşad Sadıqov komandanın gücünü bilir. Bilir ki, o, bu gücü düzgün bölüşdürməlidir.

Fikri yalnız Premyer Liqaya yönəltsə, kubok əldən çıxacaq. Bir tək kuboku xəyal etsə, Premyer Liqada işlər korlanacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti