COP29

Rəşad Sadıqova yaraşan, ictimaiyyətin gözlədiyi "Zirə"

9 Aprel 16:00 Zirə 1 137
Rəşad Sadıqova yaraşan, ictimaiyyətin gözlədiyi "Zirə"

"Zirə" dörd oyundu məğlub olmur.

Biri Ölkə Kubokunda, üçü də Premyer Liqa matçında.

Rəşad Sadıqovun yetirmələri buna bənzər xoşbəxtçiliyi mövsümün əvvəli yaşamışdı.

Uzun aradan sonra təkrar olunur. Həm də sezonun ən kritik dönəmində.

"Qartallar"ın sonuncu qurbanı "Qəbələ" oldu.

Bölgə klubu paytaxtdan darmadağınla yola salındı - 4:0.

Mövsümdə ilk dəfə "Zirə"dən belə parlaq qələbə görürük.

Düzdü, ruhsuz rəqibin də bunda rolu az deyil.

Fakt faktlığında qalır - meydanda qarşısıalınmaz "Zirə" vardı.

Rəşad Sadıqova yaraşan, ictimaiyyətin gözlədiyi "Zirə".

Bu, təkcə son oyunda yox, son bir neçə oyunda belədir.

Məsələn, Masazırda "Sabah"a qarşı, kubokda "Qəbələ"yə qarşı görüşlərdə də meydanda inamlı bir "Zirə"yə şahidlik etmişdik.

İndi qalır bunu stabilliyə çevirmək.

O da olarsa, Sadıqov və yetirmələrinə qorxu yoxdur.

Avrokuboklara vəsiqə isə qapıdadır deyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu