Əyalət klubunun Premyer Liqada olması möcüzəyə qaldı - VİDEO

8 Aprel 00:30 Zirə 341
Əyalət klubunun Premyer Liqada olması möcüzəyə qaldı - VİDEO

Azərbaycan Premyer Liqasında XXIX tur başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəlib.

Dörd gün əvvəl baş tutan Azərbaycan Kubokunun yarımfinal oyununda olduğu kimi, bakılılar yenə meydandan qalibiyyətlə ayrılıblar. Ancaq bu dəfə daha böyük hesab qeydə alınıb.

Rəşad Sadıqovun yetirmələri artıq birinci hissədə rəqib qapısından 3 top keçiriblər. 4-cü dəqiqədə Rəhim Sadıxov hesabı açıb. 25-ci dəqiqədə Rafael Utziq, iki dəqiqə sonra isə Ceyhun Nuriyev adlarını tabloya yazdırıblar.

57-ci dəqiqədə Fuad Bayramov fərqi 4 topa çatdırıb.

Beləliklə, rəqibi üzərində 4:0 hesablı qələbə qazanan “Zirə” xallarının sayını 45-ə çatdırıb və ikinci pilləyə yüksəlib. Sonuncu sıradakı “Qəbələ”nin isə hesabında 16 xal var.

Digər Xəbərlər
Xəbər Lenti