Araz Abdullayev debüt etdi

4 Aprel 2024 08:40 Zirə 1 336
Araz Abdullayev debüt etdi

"Zirə"nin yeni transferi Araz Abdullayev Bakı təmsilçisində debüt edib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"yə qarşı ilk matçın 82-ci dəqiqəsində meydana daxil olub.

31 yaşlı yarımmüdafiəçi Ceyhun Nuriyevi əvəzləyib.

"Zirə" ötən ay Araz Abdullayevlə bu mövsümün sonunadək müqavilə imzalayıb. Müqavilənin müddətini uzatmaq hüququ Bakı təmsilçisinə məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti