Rəşad Sadıqov 2 il qabaq bu transferi etsəydi…

1 Aprel 17:40 Zirə 1 977
Rəşad Sadıqov 2 il qabaq bu transferi etsəydi…

Premyer Liqanın 28-ci turdan sonra liderlər qrupunda sıxlıq daha da artıb.

Türklər demiş, «kran-krana» bir mübarizə getməkdədir.

«Zirə» bu yarışın içində yer alır. Masazıra səfər bu mənada Rəşad Sadıqovun komandası üçün mühüm əhəmiyyət daşıyırdı. Bu imtahandan üzüağ çıxa bildilər.

Qələbə qolunu Ruan Renato vurdu. Braziliyalı müdafiəçi ilk hissədə künc zərbəsindən sonra başla «Sabah»ın qapısına yol tapdı.

Bildiyimə görə, Renato «Zirə»nin ən ödənişli legioneridir. Bağladığı ikiilik müqaviləyə görə 320 min dollardan artıq pul alacağını eşitmişəm.

Bu məbləğ daha çox ola bilər, istisna etmirəm. Renato «Zirə»dən nə qədər pul alsa, çəkinmədən deyərdim ki, halalıdır.

O, doğrudan da, «Zirə»nin çox dərdinə məlhəmdir. Renatonun transferi ilə Rəşad Sadıqov «Zirə»ni mövsümün ən möhkəm müdafiə xətti olan komandası edib.

İyirmi səkkiz tura cəmi 18 qol buraxmaq, bilirsiz nədir? Fantastika!

Kaş baş məşqçi Renatonu daha öncə bura gətirərdi. Yenə bildiyimə görə, menecerlər 2 il qabaq braziliyalını məhz «Zirə»yə təklif edib.

Onda nə olubsa, keçid alınmayıb, Ruan da üz tutub «Qəbələ»yə.

Ruan var idi, «Qəbələ» də var idi. İki il orada oynadı, iki il də avrokuboklara vəsiqə qazandılar.

Ruan indi «Zirə»dədir, yenə avrokuboklara oynayır, «Qəbələ» isə yerlərdə sürünür, can verir, Premyer Liqanı tərk etməyin biraddımlığındadır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti