Rəşad Sadıqov: "Onu klubsuz görmək hamımız üçün məyusedici idi"

1 Aprel 02:20 Zirə 1 921
Rəşad Sadıqov: "Onu klubsuz görmək hamımız üçün məyusedici idi"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın yeni transferi Araz Abdullayevin fiziki durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:

"Açığı desəm, gözlədiyimdən daha yaxşı Arazdır. Uzun müddətdir futboldan kənarda qalıb.

Çalışacağıq ki, bizlə olduğu müddətdə tam əvvəlki formasını bərpa eləməsə, ən azı Premyer Liqada çıxış etmək üçün formasını bərpa etsin, oynasın.

Araz istedadlı futbolçularımızdandır. Onu klubsuz görmək hamımız üçün məyusedici idi. Düşünürəm ki, Araz üçün də fürsət olacaq ".

A.Abdullayev bu ay "Zirə" ilə bu mövsümün onuna kimi müqavilə imzalayıb. Müqavilənin müddətini uzatmaq hüququ Bakı klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti