Gəlişi ilə Azərbaycan klubunun azarkeşlərini iki yerə parçaladı:

28 Mart 20:40 Zirə 2 100
Gəlişi ilə Azərbaycan klubunun azarkeşlərini iki yerə parçaladı:

Araz Abdullayev karyerasını Azərbaycanda davam etdirəcək.

Millimizin sabiq futbolçusu, vaxtilə “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi komandaların şərəfini qorumuş təcrübəli yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Zirə”nin uğurları üçün tər tökəcək.

Ötən ilin avqustunda Kosova “Llapi”si ilə anlaşan 31 yaşlı vinger sözügedən klubdan ayrılaraq vətənə qayıtmağı üstün tutub.

“Qartallar”ın Arazla anlaşması azarkeşlər arasında ikili fikirlər yaradıb. Transferi alqışlayanlar da var, linç edənlər də.

“Harada keş oyunçular var, yığırlar komandaya”.

“Yaxşı oyunçudur. Vaxtında sözünü deyib”.

“Araz ən nifrət etdiyim futbolçulardandır. Çox eqoistdir”.

“31 yaş nədir ki, qoca yazırsınız. İdeal futbolçudur, faydası olacaq”.

“Azərbaycan futbolunda yetişən tək-tük talantlardan biridir. “Zirə”də ən qısa zamanda əvvəlki formasına qayıdacaq. Mən buna inanıram”.

“Zirə” üçün 1 qəpiklik oyunçu deyil”.

“Xeyirli olsun! Azərbaycanın fəxrisən”.

“Paz az idi, biri də gəldi”.

“Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, Yunanıstanın “Panionios”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Llapi” klublarının üvzü olmuş Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!