Yaponlar "Zirə"nin azərbaycanlı legionerini məyus etdi

27 Mart 08:20 Zirə 374
Yaponlar "Zirə"nin azərbaycanlı legionerini məyus etdi

Ukraynanın Olimpiya yığması (U-23) yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Eldar Quliyevin çıxış etdiyi komanda Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Yaponiyanın Kitakyuşu şəhərində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Eldar Quliyev 46-cı dəqiqədə meydana çıxıb və sona qədər oynayıb.

22 yaşlı Azərbaycan əsilli Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır.

O, Ukraynanın U-21 millisində də çıxış edib. Ukraynada bir neçə klubda oynayan Quliyev 2023-cü ilin fevralından “Zirə”nin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"