Kapitan dirçəlişin sirrini "Sportinfo"ya açıqladı: "Görünür, bunun bəhrəsini görürük"

27 Mart 23:40 Zirə 352
Kapitan dirçəlişin sirrini "Sportinfo"ya açıqladı: "Görünür, bunun bəhrəsini görürük"

"Zirə"nin müdafiəçisi Qismət Alıyev Premyer Liqanın 27-ci turunda "Kəpəz"i məğlub etdikləri (2:1) matç haqda Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qələbəni şərh edib:

"Çətin və maraqlı oyunun bizi gözlədiyini bilirdik. "Kəpəz" son həftələr həm baxımlı futbol oynayır, həm də qələbələr qazanır.

Həftəiçi görüşə istəklə hazırlaşırdıq. Sərgilədiyimiz yaxşı oyunla vacib qələbə qazandıq".

"Zirə" uzun müddət idi qol vurmaqla bağlı sıxıntı yaşayırdı. Amma kollektiv son 4 matçda fərqlənməyi bacarır. Təcrübəli futbolçu ön xətdəki dirçəlişi belə əsaslandırıb:

"10 oyun nəticələr ürəkaçan deyildi. Həm də fərqlənə bilmirdik.

Açığı, bunun kökündə həm də ələ düşən fürsətləri vura bilməməyimiz dururdu. İclaslarda, məşqlərdə bunun üzərində çox işləyirdik.

Baş məşqçi çıxış yollarını göstərirdi. Görünür, gec də olsa bunun bəhrəsini hiss edirik.

Düşünürəm ki, bundan sonrakı matçlarda da əlimizə düşəcək fürsətlərdən yararlanmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"