Bölgə klubunun braziliyalı legioneri Bakıdan təklif aldı

23 Mart 2024 17:45 Zirə 2 293
Bölgə klubunun braziliyalı legioneri Bakıdan təklif aldı

Avrokuboklar uğurunda gərgin mübarizə aparan "Zirə" transfer çalışmalarında da fəaliyyətini sürətləndirib.

Son olaraq Sezar Meza Kolli ilə anlaşan qəsəbə təmsilçisi indi də "Kəpəz"in braziliyalı legioneri Junior Martinsi maraq dairəsinə alıb.

24 yaşlı futbolçunun bölgə klubu ilə anlaşması mövsümün sonu başa çatır.

Junior 2022-ci ildən "Kəpəz"in şərəfini qoruyur.

O, bu mövsüm meydana çıxdığı 29 oyunda 7 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!