“Zirə”dən təklif gələndə çox düşünmədim, mənə 10-15 gün vaxt lazımdır“

15 Mart 00:50 Zirə 341
“Zirə”dən təklif gələndə çox düşünmədim, mənə 10-15 gün vaxt lazımdır“

“Yenidən Azərbaycana qayıtdığım üçün çox çox şadam, çalışacam ki, “Zirə”yə faydalı olum”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin yeni transferi Sezar Meza Kolli deyib.

Paraqvaylı futbolçu Premyer Liqanın 26-cı turunda “Qarabağ”a 1:3 hesablı ilə uduzduqları matçı belə şərh edib:

“Qarabağ”la matçda fərqləndim. Buna görə də sevinirəm. Düzdür, oyunu uduzduq. Lakin maraqlı qarşılaşma alındı.

Rəqibin də gücünü nəzərə almaq lazımdır. “Qarabağ”ın nə qədər güclü olduğunu turnir cədvəli də göstərir. Əlimizdən gələni etməliyik ki, növbəti matçlarda qalib gələk”.

Meza Kolli “Zirə”nin avrokuboklara vəsiqə qazanacağına inanır:

“Yaxşı komandamız var. Heyətdə bacarıqlı futbolçular cəmləşib. Buna görə də inanıram ki, avrokuboklara vəsiqə qazanacağıq.

Təbii ki, bu, heç də asan olmayacaq. 5-6 komanda ilk dördlüyə düşmək uğrunda yarışır.

Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik ki, məqsədimizə çataq. Hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməliyik”.

Azərbaycana üçüncü qayıdışı barədə danışan 33 yaşlı futbolçu tezliklə formasını bərpa edəcəyini bildirib:

“Zirə”dən təklif gələndə çox düşünmədim. Azərbaycan çempionatı mənə çox yaxşı tanışdır.

Hazırda ideal formada deyiləm. Amma məşqlərdə tam gücümlə çalışıram.

Mənə 10-15 gün vaxt lazımdır. Daha sonra tam hazır olacağam. Özümə güvənirəm. İnanıram ki, komandama köməyim dəyəcək”.

O, “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirəcəyi cavab matçından da söz açıb:

“Bilirəm ki, “Qarabağ”ın mərhələ adlamasını bütün Azərbaycan istəyir. Mən də bunu arzulayıram.

Ölkə daxilində rəqib olsaq da, Avropada “Qarabağ”ın uğur qazanmasını istəyirəm. İnanıram ki, komanda çətin səfərdə yaxşı nəticə qazanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!