"Mən ondan zəif deyiləm"

12 Mart 21:00 Zirə 796
"Mən ondan zəif deyiləm"

«Burada bacarıqlı hücumçuların sayı çoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin müdafiəçisi Dmitrios Çantakias deyib.

Dörd ildir ölkəmizdə legioner həyatı yaşayan yunanıstanlı «Premyer Liqada hansı hücumçunun qarşısını almaq çətindir» sualına cavabında bunları söyləyib:

«Kiminsə adını çəkmək istəmirəm. Juninyo, Belfodil və digərləri. İndiyə qədər heç vaxt rəqibin heyətindəki futbolçuların adlarına fikir verməmişəm.

Meydana ayaq basanda düşünürəm ki, aqressiv olmalıyam, mən ondan zəif deyiləm və onun qol vurmaması üçün lazım olanı edəcəm.

Bunu nə dərəcədə bacardığımı baş məşqçimiz deyə bilər. Mən əlimdən gələni əsirgəmədiyimi söyləmək istəyirəm».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"