“Zirə”dəki əcnəbi konkret səbəb göstərdi: “Günahkar özümüzük”

10 Mart 15:15 Zirə 346
“Zirə”dəki əcnəbi konkret səbəb göstərdi: “Günahkar özümüzük”

“İddialı rəqiblərlə oyunlarda aqressiv oynamağı bacarırıq, ancaq digər matçlarda sanki nəsə çatmır”.

“Zirə”nin müdafiəçisi Dimitrios Çantakias Sportinfo.az-a açıqlamasında komandasının qeyri-sabit çıxışını dəyərləndirib.

“Qartallar” cari mövsümdə “Qarabağ”, “Sabah”, “Səbail”kimi rəqiblərini məğlub etdiyi halda, digər oyunları ya zəif keçirib, ya da gözlənilməz xal itkiləri ilə üzləşib.

Yunanıstanlı vəziyyətin belə olmasında görə özlərini günahlandırıb:

“İddialılarla matçlarda oyuna köklənməyi bacarırıq, motivasiya yüksək olur. “Neftçi”yə qarşı necə oynadığımızı gördünüz?

Döyükdük, o qədər qol epizodu yaratdıq, hesaba alınmayan qollar vurduq. Məncə, qələbəyə də layiq idik.

“Turan Tovuz” kimi döyüşkən komanda ilə qarşılaşmada azlıqda qalmağımıza baxmayaraq, hesabı bərabərləşdirdik.

Bizimlə eyni gücdə olan rəqiblərlə oyunlarda aqressivlik çatmır. Günahkar özümüzük.

Bunu aradan qaldıra bilsək, hər şey yaxşı olacaq. Başa düşməliyik ki, bundan sonrakı mərhələdə bütün rəqibləri özümüzdən güclü qəbul edib, hər matçdan qələbə ilə ayrılmalıyıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!