”Neftçi”nin oyunçusu mənə yaxınlaşıb dedi ki... ” – Əməlinə görə dostundan üzr istədi

9 Mart 20:00 Zirə 735
”Neftçi”nin oyunçusu mənə yaxınlaşıb dedi ki... ” – Əməlinə görə dostundan üzr istədi

“Filip Ozobiçi əvvəl tanımırdım. Azərbaycana gələndən sonra tanış olduq və indi dostluq edirik”.

“Zirə”nin müdafiəçisi Dimitrios Çantakias Sportinfo.az-a açıqlamasında gündəlik həyatdan fərqli olaraq meydanda aqressiv görünməsinin səbəbini açıqlayıb.

O, meydana ayaq basanda qarşısındakı rəqibin kimliyinə önəm vermədiyini bildirib. Hətta qarşısında doğma qardaşı da olsa, ona qarşı da sərt, yeri gələndə kobud oynayacaq.

Yunanıstanlı futbolçu “Neftçi”nin şərəfini qoruyan Ozobiçlə oyundan sonrakı maraqlı dialoqunu nəql edib:

“Dediyim kimi, Ozobiçlə yaxın dostam. Mütəmadi görüşürük, şəhərdə kofe içirik, şam edirik, səmərəli vaxt keçiririk.

Bir dəfə “Neftçi”ylə oyunumuzdan sonra yaxınlaşıb dedi ki, Dimi, sənə nə olub? Oyunda niyə bu qədər aqressiv idin?

Nə etdiyimi soruşdum, ona qarşı kobud davrandığımı, hansısa epizodda üstünə qışqırdığımı bildirdi.

Dedim, inanırsan, mübarizələrə girişində qarşımda kimin olduğuna baxmıram. Kobudluq etdiyimə görə üzr istədim. Nə edim, mən də beləyəm”.

2020-ci ilin yayından “Zirə”nin şərəfini qoruyan 29 yaşlı müdafiəçi bu müddətdə meydana çıxdığı 117 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"