"Zirə"li bu ölkənin millisinə dəvət edildi - Yaponiyaya yollanacaq?

7 Mart 2024 12:40 Zirə 1 097
"Zirə"li bu ölkənin millisinə dəvət edildi - Yaponiyaya yollanacaq?

“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev Ukraynanın U-21 yığmasına dəvət edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Macarıstanda (17-25 mart) təlim-məşq toplanışında iştirak edəcək, daha sonra Fukuokada Yaponiyaya qarşı oynamaq imkanı əldə edə bilər.

Ukrayna U-21 yığması tarixdə ilk dəfə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA