“Bu, istədiyimiz oyun deyildi, 1 xal qazandıq” – Oyunun qəhrəmanı

4 Mart 23:00 Zirə 317
“Bu, istədiyimiz oyun deyildi, 1 xal qazandıq” – Oyunun qəhrəmanı

Premyer Liqanın 25-ci turunun maraqlı qarşılaşmalarından biri Zirədə baş tutdu.

Yerli komanda ilə “Turan Tovuz” arasındakı görüşdə komandalar hərəyə bir dəfə fərqlənsələr də, meydan sahiblərinin ilk hissədə zədə səbəbindən iki futbolçunu itirməsi, İsa Cibrilanın qırmızı vərəqə alması, fasilədən sonra qonaqların qapısına penalty təyin olunması matça damğa vurdu.

Görüş başa çatandan sonra hər iki komandanın üzvləri nəticədən razıymış kimi sakit görünürdü. Xüsusən azlıqda qalaraq 1 xal qazanan zirəlilər.

“Qartallar”ın əsas heyət üzvü, komandasının xeyrinə penalti qazandıran Dmitrios Çantakias Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirib:

“Hər şey planlaşdırdığımız kimi getsəydi, daha məzmunlu oynayacaqdıq. Lakin ilk hissədə zədə səbəbində Məqsədlə Rafaeli itirməyimiz və azlıqda qalmağımız planlarımıza ciddi təsir etdi.

Bu, istədiyimiz oyun deyildi. Baxımlılıq və məzmun yox idi, çünki nəticəyə oynayırdıq. 10 nəfərlə qalandan sonra məqsədimiz uduzmamaq idi.

Üzləşdiyimiz vəziyyəti nəzərə alsaq, 2 xal itirdiyimizi deməzdim. əksinə, lazım olan qolu vurub 1 xal qazandıq”.

Qeydə alınan 1:1 hesablı heç-heçədən sonra “Zirə” xal sayını 36-ya yüksəldərək “Neftçi” və “Sumqayıt”la birlikdə 2-4-cü pillələri bölüşür.

“Turan Tovuz” isə 32-ci xalını qazanaraq 7-ci pilləyə yüksəlib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!