"Zirə"yə "əməl" ediblər

5 Mart 09:40 Zirə 497
"Zirə"yə "əməl" ediblər

Şeytanın ağlına gəlməyənlər Rəşad Sadıqovun başına gəlir.

25 dəqiqə ərzində iki aparıcı futbolçudan məcburi imtina, ardınca bir qol və ardınca bir qırmızı vərəqə - inanılmaz, amma reallıqdır.

«Zirə» ona kimi «Turan Tovuz»a açıq futbol təklif eləyirdi.

Bu hadisələr baş verəndən sonra Rəşad Sadıqovun edə biləcəyi bir şey qalırdı - beşli müdafiəyə keçid və Yaradana dua. Ki, qapının toxunulmazlığını təmin edib, hesabı bərabərləşirməyə nail olsunlar.

Göydə Tanrı, yerdə Şəhriyar Əliyev bu çağırışları eşitdi. Yaradan istədi deyə, Əliyev vasitəçi oldu, Ceyhun Nuriyev status-kvonu bərpa elədi.

Göz dəyməsin, iki turdur ki, hakimlər «Zirə»nin yaxasından əl çəkib. Onlara çox da ki, dəyib-dolaşmırlar.

Bu, elə bil, «Zirə»ni bir qədər yüngülləşdirib. Ötən həftələrlə müqayisədə nisbətən sərbəst oynayırlar.

Görünür, Sezar Meza Kolli hələ formadan çox uzaqdır. Əks halda, Rəşad Sadıqov yaxşı tanıdığı yeni transferi iştirak ərizəsinə daxil edər, heç olmasa, 10-15 dəqiqə şans verərdi.

Baxdım ehtiyat skamyaya, bomboş! Abbas İbrahim xaricində oyuna rəng qatacaq ikinci ad görmədim. Bir komandada bu qədər zədəli olmaz, vallah!

Deyəsən, həqiqətən «əməl» işidir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!