Premyer Liqanın iki komandası darıxmağa qoymadı - VİDEO+FOTOREPORTAJ

12 Yanvar 03:00 Zirə 404
Premyer Liqanın iki komandası darıxmağa qoymadı - VİDEO+FOTOREPORTAJ

Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, mövsümün ilk yarısından sonra çempionatın ikinci pilləsində qərarlaşan “Zirə” altıncı yerin sahibi “Araz-Naxçıvan”la qarşılaşıb.

Naxçıvan təmsilçisinin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da baş tutan matçın birinci hissəsində qapılara qol vurulmayıb.

Hesabı 55-ci dəqiqədə bakılılar açıblar. İlkin Muradov fərqlənib. Orxan Əliyev 69-cu dəqiqədə penaltidən “status-kvo”nu bərpa edib. Lakin cəmi 2 dəqiqə sonra Salifu Suma dəqiq zərbə ilə “Zirə”yə 2:1 hesablı qələbə qazandırıb.

Hər iki komanda yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaq. “Zirə” “Qarabağ”la, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Premyer Liqanın geridə qalan 18 turunda “Zirə” 29, “Araz-Naxçıvan” isə 26 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı