“Mənə görə 1 milyon da ödəsələr, pulsuz da alsalar...”

11 Yanvar 21:00 Zirə 724
“Mənə görə 1 milyon da ödəsələr, pulsuz da alsalar...”

“Mənim üçün təzminatın fərqi yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yeni transferi Ceyhun Nuriyev deyib.

“Qartallar" yarımmüdafiəçini “Sabah”dan transfer edib. Qəsəbə təmsilçisi onunla 2,5 illik müqavilə imzalayıb.

2022-ci ildə Azərbaycan millisinə də dəvət almış 22 yaşlı gənc yeni klubuna 100 min manata başa gəlib.

Bu, Ceyhunun üzərində məsuliyyəti daha da artırırmı? Cavabını eşidək:

“Mənə görə 1 milyon da ödəsələr, pulsuz da alsalar, meydanda göstərəcəyim performans eynidir. “Zirə”nin formasın geyinirəmsə, deməli, bu klub üçün meydanda sona qədər mübarizə aparacam.

Başqa cür də ola bilməz. Bütün varlığımla çalışacam ki, komandaya faydam dəysin”.

Digər Xəbərlər
Xəbər Lenti