"Zirə" qış fasiləsində ilk yoxlama oyununa çıxıb.
"Qartallar" "Araz Naxçıvan"la üz-üzə gəlib - 2:1.
"Dalğa Arena"da keçirilən görüşü izləyənlər arasında "Zirə"nin yeni transferi Rafael Utziq də var.
Onun matçı tribunadan izləməsinə səbəb zədəli olması yox, sadəcə tam hazır olmamasıdır.
Komandaya qoşulandan ancaq fərdi məşqlər edən vingerə bu səbəbdən baş məşqçi Rəşad Sadıqov istirahət verib.
Braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.
Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziq son olaraq Cənubi Koreya “Sunqnam Asan”ında çıxış edib.
"Zirə" onunla 1,5+1 illik müqavilə imzalayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

