"Zirə"dən ayrıldı, Serbiya klubu ilə müqavilə imzaladı

9 Yanvar 2024 23:20 Zirə 765
"Zirə"dən ayrıldı, Serbiya klubu ilə müqavilə imzaladı

"Zirə"dən ayrılan Andriya Lukoviçin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını ölkəsinin "Radniçki" klubunda davam etdirəcək.

Bu barədə klubun saytı məlumat yayıb. İlk açıqlamada müqavilənin detalları açıqlanmayıb.

Lukoviç 2022-ci ilin yayından "Zirə"də oynayırdı. Bakı təmsilçisi yanvarın 5-də onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!