Rafael Utrixi sıralarına qatan, Andrey Lukoviç və Vladislav Kulaçla yolları ayıran «Zirə» daha bir futbolçu ilə bağlı qərar verib.
Qəsəbə təmsilçisi Rəhim Sadıxovla vidalaşmağı lazım bilib.
2022-ci ilin yayında «Sumqayıt»dan alınan yarımmüdafiəçi artıq transferə çıxarılıb. «Qartallar» müqaviləsi iyunda başa çatacaq millinin sabiq üzvünü bu barədə məlumatlandırıb.
Avrokuboklara iddialı klubun belə bir addım atması təsadüfi deyil. Orta sahə oyunçusu cari mövsümü kifayət qədər aşağı səviyyədə keçirir.
Faktiki olaraq özü üçün oynayır, komandanı düşünmür və qatqısı azdır.
Əgər o, ötən mövsüm əsas heyət üzvlərindən sayılırdısa, geridə qalan müddətdə həm mövqeyini, həm də dəyərini çox itirib.
SPORTİNFO.AZ

