Azərbaycandan getdi

5 Yanvar 2024 23:00 Zirə 851
Azərbaycandan getdi

“Zirə” Andriya Lukoviçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

“Zirə” Lukoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Lukoviç 2022-ci ilin yayından "Zirə"də oynayırdı.

29 yaşlı balkanlının son klubu Portuqaliya “Belenenseş”i olub. Daha əvvəl ölkəsində "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşada "Rakuv", Portuqaliyada "Famalikan"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!